Dünya futbolu

Fransa səfərdə, İspaniya və Almaniya evdə – Yenilənir

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin üçüncü turuna yekun vurulacaq.

A qrupunda yer alan Azərbaycan yığması da növbəti oyununa çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Serbiya yığmasını qəbul edib və növbəti məğlubiyyətlə üzləşib. Qrupun digər matçında Portuqaliya millisi səfərdə Lüksemburqu sınağa çəkib və əzmkar qələbəyə sevinib.

E qrupunda lider Çexiya səfərdə Uelslə qarşılaşıb və minimal hesabla uduzub. Qrupun digər favoriti Belçika yığması isə Belarusu sınağa çəkib və rəqibini 8 cavabsız qolla yenib.

G qrupunda yer alan və ilk iki turda maksimum nəticə göstərən Türkiyə millisi bu dəfə Latviya ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi 3 qol vurduğu bu oyundan xal itkisi ilə ayrılıb. Niderland yığması Cəbəllütariqin qonağı olub və 7 cavabsız qola sevinib. Norveç seçməsi də Monteneqroya səfərdə qalib gəlib.

Rusiya yğması bu dəfə Slovakiyanı sınağa çəkib və məğlubiyyətlə üzləşib. Xorvatiyanın Maltanı qəbul etdiyi və darmadağına sevindiyi gündə H qrupunun daha bir matçı Kipr və Sloveniya yığmaları arasında baş tutub. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.

Turun digər görüşləri bu gün keçiriləcək. Fransa milli komandası səfərdə Bosniya və Herseqovinanı sınağa çəkəcək. İspaniya millisi Kosovonu, Almaniya isə Şimali Makedoniyanı qəbul edəcək.

DÇ-2022, seçmə mərhələ, 3-cü tur

30 mart

A qrupu

Azərbaycan – Serbiya 1:2
Qol
: E.Mahmudov, 59-pen – A.Mitroviç, 16; 81

Lüksemburq – Portuqaliya 1:3
Qol
: J.Rodriqes, 30 – Jota, 45+2. Ronaldo, 51. Palinya, 80.

H qrupu

Kipr – Sloveniya 1:0
Qol
: Pittas, 42.

Slovakiya – Rusiya 2:1
Qol
: Skriniar, 38. Mak, 74 – M.Fernandes, 71.

Xorvatiya – Malta 3:0
Qol
: Perişiç, 62. Modriç, 76-pen. Brekalo, 90.

G qrupu

Türkiyə – Latviya 3:3
Qol
: K.Karaman, 2. H.Çalhanoğlu, 33. B.Yılmaz, 52-pen – Savalnieks, 35. Uldrikis, 58. İkanueks, 79.

Monteneqro – Norveç 0:1
Qol
: Sörlot, 35.

Cəbəllütariq – Niderland 0:7
Qol
: Berqeys, 42. De Yonq, 55. Depay, 61; 89. Veynaldum, 62. Malen, 64. Van de Beek, 85.

E qrupu

Belçika – Belarus 8:0
Qol
: Batşuayi, 14. Vanaken, 17; 89. Trossard, 38; 76. Doku, 42. Praet, 49. Benteke, 70.

Uels – Çexiya 1:0
Qol
: D.Ceyms, 82.

31 mart

J qrupu

20:00 Ermənistan – Rumıniya
22:45 Almaniya – Şimali Makedoniya
22:45 Lixtenşteyn – İslandiya

B qrupu

22:45 Yunanıstan – Gürcüstan
22:45 İspaniya – Kosovo

C qrupu

22:45 Litva – İtaliya
22:45 Şimali İrlandiya – Bolqarıstan

D qrupu

22:45 Bosniya və Herseqovina – Fransa
22:45 Ukrayna – Qazaxıstan

F qrupu

22:45 Avstriya – Danimarka
22:45 Şotlandiya – Farer adaları
22:45 Moldova – İsrail

İ qrupu

22:45 İngiltərə – Polşa
22:45 Andorra – Macarısan
22:45 San Marino – Albaniya

Bombardir: Burak Yılmaz (Türkiyə), Tomaş Souçek (Çexiya) – 3 qol.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bavariya”nın futbolçusu “Yuventus”a gedir

admin

“Samtredia” – “Qarabağ” matçı 55 min nəfərlik stadionda

admin

Millimizin üzvü klubundan ayrılır

admin