Milli komanda

DÇ-2023: Azərbaycan millisi Rusiyaya qarşı

Qadınlardan ibarət Azərbaycan milli komandası bu gün DÇ-2023-ün seçmə mərhələsində ilk oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Rusiya ilə qarşılaşacaq. Oyun saat 20:00-da start götürəcək.

Azərbaycan millisi seçmə mərhələnin E qrupunda Rusiya ilə yanaşı, Danimarka, Bosniya və Herseqovina, Monteneqero və Malta ilə mübarizə aparacaq.

DÇ-2023, seçmə mərhələ, 1-ci tur

17 sentyabr

E qrupu

20:00 Rusiya – Azərbaycan
Baş hakim: Viola Raudzina (Latviya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43