Dünya futbolu

DÇ-2026 3-4 ölkədə keçirilə bilər

2026-cı ildə dünya çempionatının final mərhələsi 3-4 ölkədə keçirilə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu haqda FİFA prezidenti Canni İnfantino məlumat verib. O bildirib ki, qərar təsdiqlənsə, bu halda oyunlar hər ölkədə 4-5 stadionda keçiriləcək.

“FİFA Dünya çempionatının 3-4 ölkədə keçirilməsi ilə bağlı təklif hazırlayacaq. Biz belə bir planın uzunmüddətli olmasını istəyirik.

İki, üç, dörd ölkənin hər biri 3-5 stadion təklif etsə, planımız baş tuta bilər”, – deyə Canni İnfantino bildirib.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsində ilk dəfə olaraq 48 komanda oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43