21 Oktyabr 2020
Milli komanda

De Byazi 2 futbolçunu kənarda qoydu

Millimizin Millətlər Liqasının 3-cü turunda  Monteneqro ilə matçının  sifariş vərəqəsi açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı baş məşqçi Canni de Byazi Podqoritsadakı görüş üçün “23-lüy”ü müəyyənləşdirib.

Belə ki, 64 yaşlı mütəxəssis sərəncamında olan 25 futbolçudan 2-dən bu oyunluq imtina edib. Bunlar müdafiəçi Şəhriyar Əliyevlə (“Keşlə”) yarımmüdafiəçi Təmkin Xəlilzadədi (“Sabah”). Onlar “23-lük”dən kənarda qalıb. Şəhriyar hələ ki millidə debüt etməyibsə, Təmkin əsas heyət üzvü sayılır.

Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qapıçılar
1. Emil Balayev
12. Şahrudin Məhəmmədliyev
23. Aydın Bayramov

Müdafiəçilər
3. Azər Salahlı
4. Bəhlul Mustafazadə
5. Maksim Medvedev
6. Vüqar Mustafayev
13. Abbas Hüseynov
14. Elvin Bədəlov
15. Bədavi Hüseynov
18. Anton Krivotsyuk
21. Amin Seydiyev

Yarımmüdafiəçilər
2. Qara Qarayev
7. Araz Abdullayev
8. Coşqun Diniyev
10. Rəhim Sadıxov
16. Elvin Camalov
17. Rəhman Hacıyev
19. Namiq Ələsgərov
20. İsmayıl İbrahimli

Hücumçular
9. Əli Qurbani
11. Ramil Şeydayev
22. Mirabdulla Abbasov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimiz Makedoniyaya qalib gəldi

admin

ABŞ – Azərbaycan: millimiz 74 dəqiqə tab gətirdi – VİDEO

admin

Azərbaycan – Portuqaliya matçını canlı yayımlayacaq kanallar

admin