18 Sentyabr 2020
Kateqoriyasız

De Byazi Bakıya gəldi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Roberto Bordin: “Rəqibin azlıqda qalması xeyrimizə oldu”

admin

Avrokuboklarda yeni mövsümün təqvimi

admin

Ulduz futbolçu oyun zamanı meydanı tərk etdi, tualetə getdi – FOTO

admin