04 Avqust 2020
Kateqoriyasız

De Byazi hədəflərdən danışdı: “AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir”

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi yığmamızı seçmə səbəblərindən danışıb.

İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Azərbaycan böyüyən ölkədi, futbolda da gələcəyə dair nikbin fikirlər  var. Təklif ciddi olduğu üçün bu seçimi etdim. Həmsöhbətlərim, federasiya rəhbərliyi etibarlı oldu. Gələcək barədə düşüncəsi olan, futbol baxımından böyüyən bir ölkəyə gedirəm. Onlarla ilk təmas fevralda olmuşdu, pandemiya səbəbindən sonra danışıqlar dayandırıldı. İndi yenidən nəfəs ala bildiyimizə görə, danışıb razılaşdıq. Müqavilə müddəti 2021-ci ilin sonuna qədərdi. Avqustun əvvəlində orada olacam. Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çoxunu istəyərdim. Amma koronavirus hamımızı dayanmağa vadar etdi. İlk oyunumuzu sentyabrın 5-də Millətlər Liqasının qrup mərhələsində Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var”.

De Byazi Bakını tərifləyib: “Bakı möhtəşəm şəhərdr. Bir neçə dəfə orada olmuşam və Bakının gözəlliyi məni səssiz qoyub. Böyük, aktiv, dinamik şəhərdi, Xəzər dənizi sahilindədi. Şəhərdə qədimi divarların gözəlliyini də görə bilərsiz. Bu, həqiqətən də, sehrdi. Razılığa görə, əsasən orada yaşayacağam. Albaniyadakı kimi edə bilmərəm. Tiranadan İtaliyaya asanlıqla gedə bilirdim. Bakı ilə məsafə isə uzaqdı, İstanbula getməli, oradan Bakıya yollanmalısız”.

De Byazi yığmadakı hədəflərdən də söz açıb: “AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yoldu. Çətin olacağını bilirik, amma əlimizdən gələni etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Maksim Medvedev – 300

admin

AFFA “Keşlə” və “Səbail”in futbolçusunu cəzalandırdı

admin

“Qarabağ” tarixi nəticə qazanmaq üçün getdi

admin