Kateqoriyasız

De Byazi köməkçisini “Dinamo” – “Neftçi” oyununa göndərir

Millimizin məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” oyununu izləyəcək.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, millimizin baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, bu görüşə baxacaq.

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43