Kateqoriyasız

De Byazi milli komandanın heyətini açıqladı – SİYAHI

UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakı şəhərində təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

Idmanxeber.az xəbər verir ki, baş məşqçi Canni De Byazi ilkin təlim-məşq toplanışına xaricdə forma geyinən milli üzvlərini də dəvət edib.

Toplanışın növbəti mərhələsi mayın 29-da başlayacaq.

Azərbaycan millisi Millətlər Liqasında iyunun 3-də səfərdə Qazaxıstan, iyunun 6-da Serbiyada Belarus, iyunun 10-da Bakıda Slovakiya, iyunun 13-də isə yenə paytaxtda Belarusla üz-üzə gələcək.

1 Səlahət Ağayev Sabah
2 Emil Balayev Turan (Qazaxıstan)
3 Rəşad Əzizli Səbail
4 Höccət Haqqverdi Sumqayıt
5 Anton Krivotsyuk Visla (Plotsk, Polşa)
6 Azər Salahlı Neftçi
7 Bəxtiyar Həsənalızadə Sabah
8 Eddi İstafilov Neftçi
9 Emin Mahmudov Neftçi
10 Aleksey İsayev Sabah
11 Anatoli Nuriyev Sumqayıt
12 Dmitri Nazarov Erzgebirge Aue (Almaniya)
13 Namik Ələskərov Bursaspor (Türkiyə)
14 Renat Dadaşov Tondela (Portuqaliya)
15 Mahir Emreli Dinamo (Zaqreb, Xorvatiya)

Qeyd: Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43