Kateqoriyasız

De Byazi millinin heyətini açıqladı

Futbol üzrə Azərbaycan millisinin Lüksemburqa qarşı 2022-ci il dünya çempionatının seçmə oyunu və Qətərlə yoxlama matçı üçün heyəti açıqlanıb.

Baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib. Onlardan altısı legionerdir.

Azərbaycan millisi noyabrın 11-də Lüksemburqu, 3 gün sonra isə Qətəri qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq hər iki qarşılaşmaya saat 21:00-da start veriləcək.

Mehdi Cənnətov Zirə Qapıçı
Emil Balayev Qarabağ Qapıçı
Şahrudin Məhəmmədəliyev Qarabağ Qapıçı
Maksim Medvedev Qarabağ Müdafiəçi
Bəhlul Mustafazadə Qarabağ Müdafiəçi
Azər Salahlı Keşlə Müdafiəçi
Mert Çelik Neftçi Müdafiəçi
Höccət Haqqverdi Sumqayıt Müdafiəçi
Bəxtiyar Həsənalızadə Sabah Müdafiəçi
Tellur Mütəllimov Sumqayıt Müdafiəçi
Anton Krivotsyuk Wisla Plock (Polşa) Müdafiəçi
Amin Seydiyev Sabah Müdafiəçi
Cəlal Hüseynov Zirə Müdafiəçi
Qara Qarayev Qarabağ Yarımmüdafiəçi
Çoşqun Diniyev Zirə Yarımmüdafiəçi
Filip Ozobiç Qarabağ Yarımmüdafiəçi
Vüqar Mustafayev Sumqayıt Yarımmüdafiəçi
Emin Mahmudov Neftçi Yarımmüdafiəçi
Rüstəm Əhmədzadə Minaj (Ukrayna) Hücumçu
Namik Ələskərov Bursaspor (Türkiyə) Hücumçu
Renat Dadaşov Tondela (Portuqaliya) Hücumçu
Ramil Şeydayev Qarabağ Hücumçu
Mahir Emreli Legia Warszawa (Polşa) Hücumçu
Araz Abdullayev Etnikos (Kipr) Hücumçu

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43