Milli komanda

De Byazi millinin yekun heyətini açıqladı (SİYAHI)

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Qazaxıstan, Belarus və Slovakiya yığmalarına qarşı keçirəcəyi C divizionun qrup oyunları üçün yekun heyəti açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi sözügedən matçlara hazırlıq məqsədilə 26 futbolçu dəvət edib.

Milli komanda iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu “Dalğa Arena”da qəbul edəcək.

Qeyd edək ki, Canni De Byazi ilkin mərhələdə hazırlıq prosesinə 15 oyunçu çağırmışdı.

N
AD / SOYAD
KLUB
1
 Səlahət Ağayev
Sabah
2
 Emil Balayev
Turan (Qazaxıstan)
3
 Şahrudin Məhəmmədəliyev
Qarabağ
4
 Bədavi Hüseynov
Qarabağ
5
 Maksim Medvedev
Qarabağ
6
 Toral Bayramov
Qarabağ
7
 Bəhlul Mustafazadə
Qarabağ
8
 Abbas Hüseynov
Qarabağ
9
 Qismət Alıyev
Zirə
10
 Cəlal Hüseynov
Zirə
11
 Höccət Haqqverdi
Sumqayıt
12
 Anton Krivotsyuk
Visla (Plotsk, Polşa)
13
 Azər Salahlı
Neftçi
14
 Bəxtiyar Həsənalızadə
Sabah
15
 Riçard Almeyda
Qarabağ
16
 Qara Qarayev
Qarabağ
17
 Coşqun Diniyev
Zirə
18
 Eddi İsrafilov
Neftçi
19
 Emin Mahmudov
Neftçi
20
 Aleksey İsayev
Sabah
21
 Anatoli Nuriyev
Sumqayıt
22
 Ramil Şeydayev
Qarabağ
23
 Dmitri Nazarov
Erzgebirge Aue (Almaniya)
24
 Namik Ələskərov
Bursaspor (Türkiyə)
25
 Renat Dadaşov
Tondela (Portuqaliya)
26
 Mahir Emreli
Dinamo (Zaqreb, Xorvatiya)

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43