05 Oktyabr 2022
Kateqoriyasız

De Byazi: “…şansımız ola bilər”

Xəbər verdiyimiz kimi, bu gün UEFA-nın Sürix şəhərində 2022-ci ildə Qətərdə təşkil ediləcək Dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:

“Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Qarşıda 4 aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, AVRO-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər”. (AFFA)

Azərbaycan millisi A qrupunda Portuqaliya, Serbiya, irlandiya və Lüksemburq yığmaları ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qarabağ” üçün əlamətdar oyun

admin

Azərbaycanlı futbolçu faciəli şəkildə öldü – FOTO

admin