Milli komanda

De Byazi və Maksim Medvedevin seçimi eyni oldu

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və yığmanın kapitanı Maksim Medvedevin FİFA-nın “The Best” mükafatının sorğusunda kimlərə səs verdiyi məlum olub.

Byazi ən yaxşı kişi futbolçu nominasiyası üzrə Robert Levandovskiyə (“Bavariya”) 5, Məhəmməd Salaha (“Liverpul”) 3, Kevin de Bruyneyə (“Mançester Siti”) isə 1 səs verib. İtalyan mütəxəssis ən yaxşı kişi baş məşqçi sorğusunda isə Yurgen Kloppa (“Liverpul”) 5, Xulen Lopeteqiyə (“Sevilya”) 3, Zinəddin Zidana (“Real”) 1 səs verib.

“Qarabağ”ın və Azərbaycan millisinin kapitanı Medvedev isə ən yaxşı kişi futbolçusu sorğusunda Levandovskiyə 5, Kriştiano Ronaldoya (“Yuventus”) 3, Serxio Ramosa (“Real”) 1 səs verib. Medvedev ən yaxşı kişi baş məşqçi nominasiyasında Yurgen Kloppa 5, Zinəddin Zidana 3, Hans-Diter Flikə (“Bavariya”) 1 səs verib.

FİFA tərəfindən ilin ən yaxşı futbolçusu “Bavariya”lı Robert Levandovski, ən yaxşı kişi baş məşqçi isə “Liverpul”un çalışdırıcısı Yurgen Klopp seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“DÇ-2018”: Millimizin oyunlarının vaxtı açıqlandı

admin

Mahmud Qurbanov: “Millimizə təcrübəli baş məşqçi lazımdır” – VİDEO

admin

Təbriz Həsənov: “Hər zaman ortaya problem çıxa bilər” (MÜSAHİBƏ)

admin