Dünya futbolu

De Xea “Barselona”ya keçə bilər

David De Xea azad agent “Barselona”ya keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Katalon klubu təcrübəli qolkiperlə heyətini gücləndirməyi düşünür. 

De Xea ötən ilin yayından bəri klubsuzdur. 33 yaşlı qapıçı 12 mövsüm “Mançester Yunayted”də çıxış edib.

O, “qırmızı şeytanlar”da 545 oyuna çıxıb və 190 oyunda qapısını qola bağlaya bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43