Kateqoriyasız

Del Boske millidən getdi – “İspaniya millisini və futbolu tərk edirəm”

Visente del Boske baş məşqçisi olduğu İspaniya millisindən iyulun 31-i ayrılacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə təcrübəli mütəxəssisin özü məlumat verib:

“Yığma ilə müqaviləm iyulun 31-i başa çatır. Bundan sonra İspaniya millisindən ayrılacam. Bu qərarımı Avropa çempionatındakı nəticəyə görə verməmişəm. İspaniya millisini və futbolu tərk edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43