Dünya futbolu

Del Piero “Yuventus”a qarşı

İtaliya milli komandasının və "Yuventus"un əfsanəvi futbolçusu Del Piero sabiq klubuna qarşı oynayacaq.

İdmanxeber.com-un məlumatına görə, hazırda Avstraliyanın "Sidney" klubunda çıxış edən 39 yaşlı hücumçu xüsusi matçda "Yuventus"la üz-üzə gələcək.

Qeyd edək ki,  avqustun 10-da Avstraliya çempionatının oyunçularından ibarət rəmzi komanda ilə "Yuventus" qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43