Kateqoriyasız

“Demək olmaz ki, qışda futbolçu almayacağıq” – Emrah Çelikel

“Qarabağ” klubu nəzərdə tutduğu transferləri yanvarın sonlarınadək gerçəkləşdirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun direktoru Emrah Çelikel açıqlama verib.

“Demək olmaz ki, qışda futbolçu almayacağıq. Transferlərlə bağlı işlərimiz davam edir. Baş məşqçimiz Qurban Qurbanovun istədiyi, transferi mümkün olan futbolçunu və ya futbolçuları bu ayın axırınadək komandamıza gətirəcəyik” deyə o vurğulayıb. Lakin klub rəsmisi gücləndirmək istədikləri mövqeləri açıqlamayıb.

Çelikel “Neftçi”nin liderliyinin “Qarabağ” üzərlərində basqı yaratmadığını və bu mövsümdə də hədəflərinin çempionluq olduğunu vurğulayıb: “Neftçi”nin liderliyi bizlər üçün motivasiya olmalıdır. Əsas məsələ mövsümün sonunda lider olmaqdır. Biz də bunun üçün əlimizdən gələni edirik və edəcəyik”.

Hazırda turnir cədvəlinə 14 oyundan 27 xalla “Neftçi” başçılıq edir. “Qarabağ” liderdən bir xal geri qalsa da, ehtiyatda “Səbail” komandası ilə V turdan təxirə salınmış ev oyunu qalıb. Bu qarşılaşma yanvarın 28-də keçiriləcək. “Qarabağ” qələbə qazanacağı təqdirdə, fevralın 13-də “Neftçi” ilə ev oyununa lider kimi çıxacaq. Hazırda cəzalı olan müdafiəçi Kevin Medina “Səbail”lə görüşü də buraxacaq və Azərbaycan derbisində oynaya biləcək (“Report”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

İsrafilov qovuldu, oyun dayandırıldı

admin

Ən yaxşısı “Bakcell Arena”da, ən pisi Bayılda

admin

AFFA millidəki davaya münasibət bildirdi

admin