Dünya futbolu

Dembele məşqlərə başladı – “Mançester Yunayted”ə qarşı oynayacaq?

“Barselona”nın futbolçusu Usman Dembele məşqlərə başlayıb. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi komanda ilə qismən məşq edib. O, hazırlığı fərdi məşqlə başa vurub.

Komandanın baş məşqçisi Ernesto Valverde fransalı oyunçuya La Liqanın 31-ci turunda “Atletiko” ilə matçda şans verməyəcək. O, Dembelenin Çempionlar Liqasının 1/4 finalında “Mançester Yunayted”lə görüşə kimi tam hazır olmağını istəyir.

Qeyd edək ki, Dembele Çempionlar Liqasının 1/8 finalında “Lion”la cavab gorüşündə zədələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43