Müsahibə

Denis Silva: “Onun arxasınca danışmaq istəmirəm” – MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Denis Silva “Qarabağ”la oyundan sonra idmanxeber.com-a müsahibə verib.

– Oyun haqda nə deyə bilərsiniz?

– Çətin oyun oldu. Hər iki komanda sonadək mübarizə apardı. Düşünürəm ki, azarkeşlər üçün də maraqlı oyun oldu. Təbii ki, bizə xal fərqini azaltmaq üçün qələbə daha vacib idi. Amma alınmadı. Qarşıda hələ çox oyunlarımız var. Turnir cədvəlində birinci yerə keçmək üçün imkanmız olacaq. Hər şey bizdən asıllıdı.

– Əliyar Ağayevin idarəçiliyindən razı qaldızmı? 

– İdarəçilik normal idi. Heç bir problem olmadı. O öz işini yaxşı gördü. 

– “Qarabağ” qarşıdakı “İnter”lə oyunu nəzərə alıb çox güc sərf eləmədi. “Neftçi” əgər çempionluğa oynayırsa, bundan istifadə etməliyid. Sən necə düşünürsən?

– Təbii ki, biz “Qarabağ”ı məğlub eləməliydik. Amma futbolda hər zaman istədiyi nəticəni qazanmaq olmur. 

– Reynaldonun olmaması səbəbindən hücumda Vüqar nadirov oynayırdı. Ona qarşı mübarizə aparmaq asan idimi? 

– Ayrı-ayrıə oyunçulardı. Amma Reynaldo daha çox mübarizə aparır. Vüqar fərqli oyunçudu. Bir neçə oyununu izləmişəm. Onun arxasınca danışmaq istəmirəm. Bəlkə də bu gün oyunu alınmadı. 

– “Neftçi” ardıcıl üç oyundu heç-heçə oynayır… 

– Bu oyunlarda çox imkanlarımız olub. Ancaq şanslarımızdan istifadə edə bilməmişik. Biz oyunu hiss eləmək istəyirik. Ona görə də, bəzi şeylər istdiyimiz kimi alınmır. Çox çalışsaq da, bəxt üzümüzə gülmür. 

– “Qarabağ” AL-də “İnter”lə qarşılaşacaq. Şansları necə dəyərləndirərdiz? 

– “Qarabağ” yaxşı komandadı. “İnter”ə qarşı oyunda çalışsa və mübarizə aparsa, istədiyi nəticəni qazanacaq. Düşünürəm ki, “Qarabağ” mərhələni keçəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43