Ölkə futbolu

Denis Silva: “Qarabağ”ı keçə bilərdik”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Qarabağ”la evdə 1:1 heç-heçə edən “Keşlə” növbəti mərhələyə yüksələ bilməyib. Oyunun ardından paytaxt təmsilçinin üzvü Denis Silva Kruz görüş barəsində bunları deyib:

“Hesabı biz açsaq da, təəssüf ki, qoruya bilmədik. Yaxşı oynadığımızı düşünürəm. Əlimizə düşən imkanlardan yararlana bilsədik “Qarabağ”ı keçə bilərdik. Ancaq futbolda belə hallar olur. Bunlardan dərs çıxartmalıyıq. Bizim üçün kubok sona çatdı. Bütün diqqətimizi çempionata verməliyik. Düşünürəm ki, komandaya bir-iki oyunçu daha gəlsə hər şey qaydasına düşəcək”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43