Dünya futbolu

Dəniz Yılmaz “Bursaspor”da növbəti qolunu vurdu – VİDEO

Millimizin hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor” yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, komanda Türkiyə ikinci liqa təmsilçisi "Keçiörengücü” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

Start heyətdə yer alan D.Yılmaz 33-cü dəqiqədə komandasının 2-ci qoluna imza atıb. O, 71-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, D.Yılmaz bundan əvvəl İtaliyanın "Südtirol" klubuna qarşı yoxlama oyununda qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43