Dünya futbolu

Dəniz Yılmaz “Bursaspor”dan qovuldu

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz “Bursaspor”un əsas komandasından qovulub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Bursa klubunun saytı məlumat yayıb. 

Məlumata görə, Super Liqanın 21-ci turunun “Kayserispor”la səfər görüşünün 19-cu dəqiqəsində rəqibə qarşı kobud oynayaraq birbaşa qırmızı vərəqə alan Dəniz Yılmaz əsas komandadan uzaqlaşdırılıb. Onunla yanaşı, digər hücumçu Sərcan Yıldırım da eyni aqibətlə üzləşib.

Klubun saytında futbolçuların əsas komandadan uzaqlaşdırılmasıyla bağlı açıqlama verilib:

“Futbolçularımız Sərcan Yıldırımla Dəniz Yılmaz İdarə Heyəti və baş məşqçi Mutlu Topçunun qərarı ilə komandadan uzaqlaşdırılıblar. Hər iki oyunçuya eyni zamanda pul cəriməsi də veriləcək. İndiyə qədər sərgilədikləri oyunla gələcək planlarımızda yer alması qeyri-mümkün görünən bəzi oyunçularımızla bağlı araşdırmalarımız davam edir”.

“Kayserispor” – “Bursaspor” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43