Dünya futbolu

Dəniz Yılmaz qayıtdı

Türkiyənin “Bursaspor” klubunda çıxış edən millimizin üzvü Dəniz Yılmaz zədəsini sağaldıb.

İdmanxeber.com-un məlumatına görə, ötən həftə zədələnən futbolçu bu gündən etibarən komand ilə məşqlərə başlayıb. Onun qarşıdakı turda “Akhisar”la matçda meydanda olacağı gözlənilir.

Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm “Bursaspor”un heyətində 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43