Dünya futbolu

Dəniz Yılmazsız “Bursaspor”dan darmadağın

Türkiyə Super Liqasında XXVII turun oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, turun açılışı Bursada baş tutub. Millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” klubu doğma azarkeşləri önündə “Karabükspor”u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Son oyunlarda inamsız təsir bağışlayan “Bursaspor” rəqibinin qapısından 3 cavabsız top keçirib.

Yığmamızın üzvü zədə səbəbindən bu matçın iştirakçısı olmayıb.

Qeyd edək ki, “Bursaspor” bu qələbədən sonra xallarının sayını 35-ə endirib və turnir cədvəlində 9-cu pilləyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43