Ölkə futbolu

“Dənizlispor”un baş məşqçisi: “Arif İsayevin sidik kanalında infeksiya var”

Həmyerlilərimiz Arif İsayev və Saşa Yunisoğlunun formasını geyindiyi "Dənizlispor"un baş məşqçisi Yusuf Şimşək yerli mətbuata açıqlama verib.

Mütəxəssis qarşıdakı turda oynayacaqları "Mersin İdman Yurdu" matçı barədə danışıb:

“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ev və ya səfər matçları arasında fərq qoyacaq vəziyyətdə deyilik. İtirəcək bir şeyimiz qalmayıb. Edəcəyimiz tək şey 3 xal üçün döyüşməkdir. 

Şimşək bundan əlavə zədəli olduğu deyilərək Bakıya göndərilən Arif İsayevin infeksiyaya yoluxduğunu bildirib:

Simac, Sərdar ve Yenalın zədəsi sağalsa da, formada olmadıqları üçün heyətə almadıq. Arif İsayevin isə sidik kanalında infeksiya var, bu səbəbdən oynamayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43