27 Noyabr 2022
Ölkə futbolu

Derbi öncəsi “Neftçi”də son durum

“Neftçi” “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirir.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar”da derbi öncəsi üç futbolçunun zədələri davam edir. Bunlar Sezar Meza Koli, Azər Salahlı və Arveladze Vatodur. Salahlı ilə gürcüstanlı oyunçunun fərdi məşqlərə başladığı da bildirilib.

Bunlarla yanaşı, Azər Əliyevin pasport məsələsi hələki öz təzdiqini tapmayıb. Klubun bu məsələylə bağlı ünvanladığı məktuba hələlik heç bir cavab gəlmədiyi vurğulanıb.

Xatırladaq ki, Əliyev Azərbaycan yığmasında forma geyinməyə razılıq verib. “Neftçi” isə bununla bağlı AFFA-ya məktub ünvanlayıb. Federasiya da öz növbəsində Gənclər və İdman Nazirliyini (GİN) həmin müraciətlə tanış edib.

Qeyd edək ki,  “Qarabağ” – “Neftçi” görüşü oktyabrın 1-də saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Samtredia” – “Qarabağ”: CANLI YAYIM

admin

“Xəzər Lənkəran” – “Simurq” – CANLI YAYIM

admin

“Səbail” – “Sabah” matçının başlama saatı açıqlanıb

admin