“Beşiktaş”da 5 oyunçu heyətdən kənarlaşdırılıb.
İdmanxeber.az-ın məlumatına görə, ard-arda pis nəticələr alan “qara-qartal”da Valentin Rosyer, Vensan Abubakar, Raşid Gezzal, Erik Bayi və Jan Onana komandadan uzaqlaşdırılıb. Onlar əsas komandayla bir yerdə məşq etməyəcək və oyunlara çıxmayacaq.
“Beşiktaş” həftəsonu derbidə “Fənərbağça”ya 1-3 hesabıyla məğlub olub. Rıza Çalımbayım yetirmələri 15 turdan sonra 26 xalla 5-ci yeri tutur.