Dünya futbolu

Derbidəki qalmaqalın şahidi olan danışdı: “Onlar gərginlik yaratmağa çalışan bir qrup idi”

Dünən keçirilən “Beşiktaş” – “Qalatasaray” matçında meydançaya daxil olan azarkeşlərdən 67-si saxlanılmışdı.

Oyundan sonra həbs olunan “Beşiktaş”lı dostunu polis şöbəsində gözləyən bir şəxs hadisə barədə bunları deyib.

“Beşiktaş” tribunalarında 100-150 nəfərlik bir qrup vardı. Onsuz da gərginlik yaratmağa çalışan bir qrup idi. Onlar son dəqiqədə aranın qarışmasıyla, birlikdə meydançaya girdilər.Həmin adamlar meydançaya girincə, fanatlar onlara reaksiya göstərməyə başladı. Bununla birlikdə hadisələr ardınca gəlməyə başladı. Bu hadisəni  “Beşiktaş” azarkeşlərinin etdiyini düşünmürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43