Ölkə futbolu

“Desəm ki, Antonun boş olduğunu görüb topu bilərəkdən ona ötürdüm…”

M.Abbasov klub saytına müsahibə verib

“Keşlə” ilə oyunun (2:0) qəhrəmanlarından biri Mirabdulla Abbasov idi. Meydana 75-ci dəqiqədə çıxan hücumçumuz iki məhsuldar ötürmə ilə “Neftçi”nin qələbəsində xüsusi pay sahibi oldu. Abbasov oyunla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:

“Çox şadam ki, komandanın qələbəsində mənim də rolum oldu. İlk qol epizodunda yeganə məqsədim topu meydanda saxlamaq idi. Desəm ki, Antonun boş olduğunu görüb topu bilərəkdən ona ötürdüm, yalan danışaram. Düzdür, qol ötürmələrimin sayı elə də çox deyil. Amma bu, karyeramdakı ən gözəl qol ötürməsi idi. İkinci qol epizodunda isə biz dörd nəfər bir nəfərə qarşı çıxmışdıq. Belə vəziyyətdə topu mütləq futbolçuların birinə ötürmək lazımdır. Çünki topdan sürətli qaçmaq olmur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43