Ölkə futbolu

“Deviç Azərbaycanda köhnə günlərinə qayıdıb”

Marko Deviç Ukrayna mətbuatının diqqət mərkəzinə düşüb.

Ukrayna mətbuatı Premyer Liqamızın bombardiri Deviç barəsində yazıb. “Obozrevatel” nəşri 35 yaşlı oyunçunun əvvəlki günlərinə qayıtdığını bildirib:

“Deviç təqaüdə sakit getməyə hazırlaşmır və yenə əvvəlki günlərini xatırladır. Düzdür, Ukraynada Deviçi çoxdan siyahıdan siliblər. “Metallist”dəki əla karyeradan sonra az-çox “Rubin”də oynadı. Bundan sonra isə Qətər, Lixtenşteyn və Rusiya çempionatlarında itib-batdı. Son olaraq isə Azərbaycanda “Sabah”a keçdi. Ancaq Serbiya əsilli ukraynalı bu komandada oynayır, yola vermir. Hazırda onun ehtiyatında 4 oyundan sonra 5 qol var”.

Qeyd edək ki, mövsümün əvvəlində “Sabah”a transfer olunan Ukrayna millisinin sabiq üzvü 4 turdan sonra 5 qolla bombardirlər siyahısına başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43