Kateqoriyasız

Deviç “Sabah”dan getdi

Marko Deviç “Sabah”dan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, ukraynalı hücumçu bu barədə öz instaqram hesabından açıqlayıb.

Təcrübəli forvard paytaxt klubuna təşəkkür edib.

Tez-tez zədələnən və bir neçə oyunda meydandan qovulan hücumçu  ötən mövsüm Azərbaycan Premyer Liqasında meydana çıxdığı 21 oyunda 8 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43