Dünya futbolu

Devid Moyes tələbəsini “Mançester Yunayted”ə gətirdi

“Mançester Yunayted” növbəti transferini reallaşdırıb.

“Qırmızı şeytanlar” “Everton”un təcrübəli futbolçusu Aron Fellainini heyətinə qatıb. Müqavilənin müddəti barədə məlumat verilmir.

“Mançester Yunayted”in bu transferə görə qarşı tərəfə 32.5 milyon avro ödəcəyi bildirilir.

Qeyd edək ki, yarımmüdafiəçi “Everton” formasi ilə meydana çıxdığı 261 oyunda 44 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43