Dünyadan

Di Mariya qərarını verdi

PSJ-nin futbolçusu Anxel di Mariya Çin klubuna keçəcəyi iddialarına münasibət bildirib.

O, Paris təmsilçisində qalacağını deyib:

“PSJ ilə daha 2 illik müqaviləm var. Mən və ailəm Parisdə xoşbəxtik. Müqaviləmin müddəti başa çatana kimi PSJ-də qalacam. Bəziləri pula görə Çinə gedir. Ancaq mən burada qalmağı üstün tutdum. PSJ ilə Çempionlar Liqasının qalibi olmaq istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43