Ölkə futbolu

Dias və Kardozonun yolları qovuşdu

Braziliyanın “Amerika” klubu iki transferə imza atıb.

İdmanxeber.com-un Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, klub “Qarabağ”ın və “Neftçi”nin sabiq futbolçuları olan Danilo Dias və Karlos Kardozonu rənglərinə qatıb.

Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dias komandaya Portuqaliyanın “Madeyra”, Kardozo isə İranın “Traktorsazi” klubundan gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43