Dünya futbolu

Dibala “Barselona”ya gedir?

“Yuventus”un futbolçusu Paulo Dibala mövsümün sonunda Turin klubunu tərk etmək niyyətindədir.

İdmanxeber.com-un məlumatına görə, futbolçu karyerasını “Real” və ya “Barselona”da davam etdirmək istəyir. Bu barədə o, yaxınlarına məlumat verib.

Məlumata görə, Kataloniya təmsilçisi artıq Dibala ilə ünsiyyət qurub. “Barselona” futbolçunun agentinə onu almaq istədiklərini bildirib. Kataloniya klubu Dibala ilə Florentino Peres arasındakı şifahi razılaşmadan xəbərdardır. Lakin onlar futbolçunu tələsməməyi məsləhət görüb.

Qeyd edək ki, cari mövsüm “Yuventus” forması ilə 32 matçda forma geyinən futbolçu 14 dəfə fərqlənməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43