16 Sentyabr 2024
Dünya futbolu

Dibala “Roma”dan ayrılacaq?

Paulo Dibala yanvarda “Roma”dan ayrıla bilər.

İdmanxeber.az xəbər verir ki, argentinalı oyunçunun müqaviləsindəki bəndə görə yanvarın 15-ə qədər 12 milyon avro müqabilində başqa komandaya transfer ola bilər. Əgər bu təklif İtaliya xaricindən gələrsə, gedib-getməyəcəyinə Dibala qərar verəcək. İtaliya Liqasından təklif gələrsə, oyunçunun gələcəyini “Roma” bəlirləyəcək.

Dibala bu mövsüm bütür turnirlərdə 15 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43