Dünya futbolu

Didye Droqbanın yeni klubu məlum oldu

Didye Droqbanın yeni klubunun adına rəsmən aydınlıq gəlib.

Kot-d-ivuarlı ulduz karyerasını ABŞ-ın “Feniks Risinq” klubunda davam etdirəcək. Bu klub Şimali Amerika liqasının ikinci dəstəsində çıxış edir. 39 yaşlı Droqba yeni klubunda “Çelsi”də birlikdə oynadığı ingilis futbolçu Şon Rayt Filipslə birlikdə top qovacaq.

Bundan əlavə, ABŞ mətbuatına açıqlama verən 38 yaşlı hücumçu eyni zamanda “Feniks Risinq” klubunun sahibləri ilə ortaq olacağını bildirib.

Qeyd edək ki, Fransada “Le Man” və “Qenqam” klublarında çıxış etmiş Droqba 2004-cü ildə “Marsel”dən “Çelsi”yə 38,5 milyon avroya transfer olunub. O, sonrakı illərdə Çinin “Şanxay Şenhua”, Türkiyənin “Qalatasaray” və ABŞ-ın “Montreal İmpakt” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43