Dünya futbolu

Dieqo Forlan görün hansı kluba keçdi – FOTO

Uruqvay millisinin aparıcı üzvü Dieqo Forlan iş yerini dəyişib.

"İnternasional" klubunun təcrübəli futbolçusu bundan sonra karyerasını Yaponiyada davam etdirəcək. O, bu ölkənin "Çezera Osaka" klubu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Forlan vaxtiykən "Mançester Yunayted", "Vilyareal" və "İnter" kimi klubların formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43