Dünya futbolu

Dieqo Kosta Braziliya vətəndaşlığından çıxarılır

Madird "Atletiko"sunun braziliyalı futbolçusu Dieqo Kostanın İspaniya millisini seçməsi böyük səs-küyə səbəb olmuşdu. Onun bu hərəkəti braziliyalı azarkeşləri əsəbləşdirmişdi.

Braziliya Futbol Federasiyası buna görə, dövlət qurumlarına müraciət edərək Kostanın Braziliya vətəndaşlığının əlindən alınmasının tələb edib. Hətta, federasiya hücumçunun klubuna məktub göndərib. Məktubda bunlar qeyd olunub:

"Bu necə sevgidir? Bizi sevir, amma İspaniya millisini seçir".

Ölkəsində oyunçuya "istənməyən adam" adı veriblər. Onun Braziliyaya dönəcəyi təqdirdə, ciddi təzyiqlərə məruz qalacağı gözlənilir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43