Dünya futbolu

Dieqo Kosta “Çelsi”dən gedir

“Çelsi”nin hücumçusu Dieqo Kosta gələcəyi haqda danışıb.

İspaniya millisinin üzvü London təmsilçisindən ayrılacağını açıqlayıb. Kosta bildirib ki, Konte ona mesaj yazaraq gələcək planlarda yer almadığını qeyd edib:

“Konte mənə mesaj yazdı ki, gələcək planlarına daxil deyiləm. Maraqlıdır, çox gözəl mövsüm keçirmişdim. Klub üçün bu qədər etdiklərimdən sonra belə mesaj… Konte məni istəmirsə, artıq klub axtarmalıyam. Bu qərardan sonra “Atletiko”ya qayıtmaq istərdim, amma Madrid təmsilçisinin transfer qadağası var. Ora getməyim məntiqə uyğun deyil, həm də növbəti il dünya çempionatı var. Qışdan sonra oynamağım məni geri sala bilər. Bunu düşünmək məcburiyyətindəyəm”.

Kosta bu mövsüm 42 oyunda 22 qol və 8 assistlik performans sərgiləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43