Dünya futbolu

Dieqo Kostaya cinayət işi açıla bilər

“Atletiko”nun hücumçusu Dieqo Kostaya cinayət işi açıla bilər. Buna səbəb 2014-cü ildə  futbolçunun “Çelsi”dən İspaniya klubuna transfer olarkən 1,1 milyon avro vergi qaçırtması olub.

İspaniya mətbuatının yaydığı xəbərlərə görə, vergilər nazirliyi məsəlini araşdırdıqdan sonra braziliya əsilli futbolçuya cinayət işinin açılıb-açılmayacağına qərar veriləcək.

Qeyd edək ki, İspaniyada daha öncə Kristiano Ronaldo, Lionel Messi və Neymar kimi oyunçulara da vergi qaçırtdıqları üçün cinayət işi açılaraq hər birinə pul cəzası verilmişdi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43