Dünya futbolu

Dieqo Simeone “Atletiko”da qalacaq?

İtaliya “İnter”inin baş məşqçi postuna gətirmək istədiyi Dieqo Simeone qərarını verib.

İdmanxeber.com-un məlumatına görə, argentinalı mütəxəssis “İnter”in təklifini qəbul etməyib. “İnter”in idman direktoru Piero Ausilyo ilə görüşən çalışdırıcı yeni mövsümdə də “Atletiko”nun “sükanı arxası”nda olacağını söyləyib.

Qeyd edək ki, İtaliya mətbuatı “İnter”in Antonio Konte və Dieqo Simeoneyə 5 illik müqavilə və illik 11 milyon avroluq təklif etdiyini yazıb. Hər iki mütəxəssisə isə qərar vermək üçün 20 gün vaxt verildiyi qeyd edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43