Dünya futbolu

Dieqo Simeone milli komanda çalışdıracaq?

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone gələəck karyerası barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis gələcəkdə milli komandada işləmək istəyib-istəməməsi ilə bağlı fikirlərini bölüşüb:

“Başqa klubda işləmək imkanı varmı? Mən bunu istisna etmirəm. Düşünürəm ki, gec-tez baş verəcək. Milli komanda? Xeyr, bu mütləq baş verməyəcək. Çünki millidə işləmək çox çətindir”.

53 yaşlı mütəxəssis 2011-ci ilin dekabrından “Atletiko”nun baş məşqçisidir. Onun müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43