Dünya futbolu

Dieqo Simeone yenə “Qarabağ”ı yada salıb: “Onlara qol vura bilmirdik”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Atletiko” “Monako”nu 2:0 hesabı ilə məğlub edib. Oyunun ardından keçirilən mətbuat konfransında Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone görüş haqqında fikirlərini bildirərkən ötən mövsümdəki “Qarabağ” matçını yada salıb:

“Belə turnirlərdə ələ düşən fürsətləri dəyərləndirmək lazımdır. Ötən mövsüm “Qarabağ”la oynadığımız görüşlərdə bunu edə bilmədik. Və cəzasını çəkdik. Biz onlara qol vurmağın yolunu tapa bilmirdik. Bu il isə Çempionlar Liqasında daah yaxşı təsir bağışlayırıq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43