Ölkə futbolu

“Differdanj”ın prezidenti və baş məşqçisi mətbuat konfransına niyə ehtiyac duymadı?

Dünən UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “Dalğa Arena”da təmsilçimiz “Zirə”nin qonağı olan Lüksembur “Differdanj”ının baş məşqçisi Paskal Karzaniqa maçtdan sonra mətbuat konfransında iştirak etməyib.


İdmanxeber.com xəbər verir ki, qonaqlar buna səbəb kimi təyyarəyə gecikmələrini göstəriblər.

 Ancaq etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bu bəhanədən başqa bir şey olmayıb. Əgər belə bir hal olsaydı, fransalı çalışdırıcı oyundan 1 gün əvvəl keçirilən mətbuat konfransında jurnalistlərə məlumat verərdi. Saytımıza daxil olan informasiyaya əsasən, meydan sahiblərinə 0:2 hesabı ilə uduzan Lüskemburq təmsilçisinin baş məşqçisi qətiyyən belə oyun gözləməyib. Hətta qarşılaşmadan 1 gün öncə mətbuat konfransında azərbaycanlı jurnalistlərin suallarını “canla-başla” cavablandıran klub prezidenti  Fabrizio Bey matçın gedişi zamanı bir neçə dəfə öz futbolçularını söyüb. Komandanın vitse-prezidentləri ilə birgə qarşılaşmanı izləyən Bey bu cür oyundan sonra mətbuat konfransına qalmaqlarının mənasız olduğunu dilə gətirib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43