Dünya futbolu

Dik Advokatın yeni iş yeri rəsmən açıqlandı

Hollandiya millisinin yeni baş məşqçisi vəzifəsinə Dik Advokat təyin edildi.

Bu barədə məlumatı Hollandiya Futbol Federasiyası yayıb. 69 yaşlı mütəxəssislə 2017-ci ilin noyabr ayına qədər müqavilə imzalanıb. Komanda DÇ-2018-in final mərhələsinə vəsiqə qazansa, onunla müqavilənin müddəti artırılacaq.

Advokatın köməkçisi isə Ruud Qullit olacaq.

Hollandiya DÇ-2018-in seçmə mərhələsində A qrupunda mübarizə aparır və 5 turdan sonra 7 xalla 6 komanda arasında 4-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43