29 Sentyabr 2020
Kateqoriyasız

DİN “Neftçi” – “Qalatasaray” oyununa görə  azarkeşlərə müraciət etdi

Daxili İşlər Nazirliyi, AFFA və “Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə “Qalatasaray” ilə oyun öncəsi birgə açıqlama yayıb.

İdmanxeber.az-ın məlumatına görə, bəyanatda matçın UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, azarkeşsiz keçiriləcəyi xatırladılıb.

Hər iki komandanın Azərbaycanda çoxlu sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. “Qalatasaray” komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və “Neftçi” koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək görüş saat 17:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” – “Partizani” oyununun Geniş İcmalı

admin

“Sevilya” Bakıya yarımcan gəlir

admin

““Qarabağ”ın nəticələrinə fikir vermirik”

admin