Ölkə futbolu

DİN “Neftçi” – “Çixura” oyununda baş verən azərkeş olayı haqda məlumat yayıb

Dünən "Neftçi" Çixura" oyununda baş verən məlum azərkeş olayı ilə bağlı DİN açıqlama yayıb.

İdmanxeber.com həmən açıqlamanı sizə təqdim edir: 

Qeyd olunur ki, həmin azarkeşlər oyunun keçirildiyi "Bakcell Arena"da yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb: "Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşun əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb. Ehtimal olunur ki, bu təxribat Azərbaycanla Gürcüstan arasında yaxın dostluq və mehriban qonşuluq münasibətlərini pozmaq istəyən qüvvələrin əməlidir".

Hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, məlumatı Daxili İşlər Nazirliyinin yayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43