Kateqoriyasız

“Dinamo” “Hayduk”a qarşı – Mahir oynayacaqmı?

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su bu gün Xorvatiya çempionatında 27-ci tur oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Hayduk”un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

“Dinamo”nun baş məşqçisi Jelko Kopiç bu görüşdə millimizin üzvünə şans verəcəyini deyib. Mahir  26-cı turda “Şibenik”lə görüşdə (3:0) Xorvatiya çempionatında debüt etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43