08 Sentyabr 2024
Kateqoriyasız

“Dinamo” – “Qəbələ” matçı canlı yayımlanacaq (ÖZƏL)

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində “Qəbələ”nin “Dinamo” (Tblisi) klubu ilə keçirəcəyi matç canlı yayımlanacaq.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, Gürcüstanda keçiriləcək və saat 20:30-da başlayacaq qarşılaşmanı ya “İdman Azərbaycan”, ya da AZTV canlı yayımlayacaq.

Məsələ burasındadı ki, eyni gündə “Neftçi” “Mladost”la Bakıda qarşılaşacaq. Hər iki kanal da bu matçları canlı yayımlayacaq. Məhz buna görə də, bu oyunlardan biri “İdman Azərbaycan”, digəri isə AZTV-nin canlı efirində olacaq.

Qeyd edək ki, oyunlar iyulun 2-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43