Kateqoriyasız

“Dinamo”nun baş məşqçisi Ramil haqda: “Aktiv olmalıdır”

İdmanxeber.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvü Ramil Şeydayevin rəsmi debütü barədə danışıb:

“İki fərqli hissə izlədik. İlk hissədə hər şeyə nəzarət etdik, ancaq fasilədən sonra fərqli oldu. Qalib psixolojiyasını seçmək lazımdır, bir qol vurub, mübarizəyə davam etməlisən. İkinci hissədəki çıxışımızı başa düşmədim. Sebastian Şimanski və Ramil Şeydayev uzun müddət bizimlə olmayıb. İlk matçda pis deyildilər. Daha çox aktiv olmalıdırlar və oyunu öz üzərlərinə götürməkdən çəkinməməlidirlər. Hər şey qabaqdadır”.

Qeyd edək ki, Ramil Şeydayev “Arsenal” oyunda 88 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43